Barclays analitikləri bildiriblər ki, Apple 2024-cü ildə iPhone SE 4-ü buraxmayacaq. Mütəxəssislər Apple təchizat zəncirinin iştirakçıları ilə «çoxsaylı söhbətlərə» istinad edirlər. Onların fikrincə, şirkət öz 5G modemini inkişaf etdirməyə vaxtı olmadığı üçün, «ucuz» smartfonun istehsalını da təxirə salır.
Apple-ın nə üçün SE modifikasiyasında yalnız öz çipindən istifadə etməyə çalışdığı dəqiq məlum deyil. Bundan əvvəl insayderlər artıq şirkətin “ev” modemi üzərində fəal işlədiyini, lakin onun 2025-ci ilə qədər kütləvi istehsala hazır olmayacağını bildiriblər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az