iQOO Neo 7 Pro 5G iyulun 4-də təqdim olunacaq. Bu gün şirkət arxa panelinin dizaynını ortaya qoyan cihazın şəklini yayımladı. Smartfon iQOO Neo 7 Racing modelinin bəzi xüsusiyyətlərini — üçlü obyektivli kamera sırasını, dəri örtüklü arxa qapağı və yuvarlaq kənarları olan korpusu təkrarlayacaq.
Cihazın xüsusiyyətləri məlum deyil. Şayiələrə görə, o, 120 Hz yeniləmə tezliyi ilə 6,78 düymlük AMOLED displey, həmçinin Snapdragon 8 + Gen 1 prosessoru və 120 vatt sürətli şarj ilə 5000 mAh batareya əldə edə bilər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az