İnsayderlər iddia edirlər ki, Apple-ın gələcək flaqmanının modifikasiyalarının hər biri 48 MP-lik əsas kamera sensoru ilə təchiz olunacaq. Belə bir nəticəni Sony-nin gələcək sensorlar üçün TSMC-dən əlavə rəng filtrlərini istədiyi sənəddən çıxarmaq olar. Buna əsasən, bu il tələb olunan 48 meqapiksellik modulların sayı keçən illə müqayisədə xeyli çoxdur.
iPhone üçün kameralar istehsal edən Sony-dir, ona görə də bu modullara tələbatın kəskin artması onu təkcə Pro versiyasının deyil, gələcək seriyanın bütün cihazlarının alacağı anlamına gələ bilər. Apple özü hələ gələcək yeni məhsulların heç bir xüsusiyyətini açıqlamayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az