Bundan əvvəl iQOO şirkəti MediaTek Dimensity 9000+ prosessorlu Pad planşetinin təqdimatını elan etmişdi. Dünən məlum oldu ki, bəlkə də yalnız prosessor yeniliyi artıq satışda olan vivo Pad 2-dən fərqləndirəcəkdir. Hər iki modelin fotoşəkillərindən belə bir nəticə çıxarmaq olar.
Şəkillərə əsasən, planşetlər zahiri cəhətdən eynidir: onlar eyni dizaynda hazırlanıb, stilus və klaviaturanı dəstəkləyir, həmçinin OriginOS 3 ilə işləyir. Bundan əlavə, fotoda iQOO Pad spesifikasiyaları görünür: Dimensity 9000+ prosessor, 12 GB RAM və 512 GB daxili yaddaş.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az