OnePlus şirkəti gələn həftə Barselonada keçiriləcək MWC-də OnePlus 11 Concept smartfonunu təqdim edəcək. Hal hazırda cihazın görünüşünü əks etdirən tizerlər ortaya çıxıb. Modelin arxa panelində işıq zolaqlarının və əsas kameranın böyük blokunun olacağı gözlənilir.
Çox güman ki, OnePlus 11 Concept-in arxa tərəfindəki işıqlandırma Nothing Phone 1-də gördüyümüz funksiyaya bənzər olacaqdır. Həmçinin, bu borular aktiv soyutma sisteminin bir hissəsi ola bilər. Əsas kamera blokuna daxil olan sensorlar haqqında hələlik məlumat yoxdur, lakin əsas kamera konfiqurasiyasının OnePlus 11-ə bənzəyəcəyi gözlənilir.
OnePlus 11 Concept-in texniki təchizatı haqqında hələlik məlumat yoxdur, lakin modelin flaqman Qualcomm Snapdragon 8 Gen 2 çipsetini alacağı gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az