spot_img
24 ноября, 2024
ДомойТехнологииСмартфоныOnePlus Ace Pro flaqman smartfonunun yaddaş xüsusiyyətlərini açıqladı

OnePlus Ace Pro flaqman smartfonunun yaddaş xüsusiyyətlərini açıqladı

TENAA Agentliyinin məlumat bazasında gələcək flaqman One Plus Ace Pro işıqlandı. Sənədlərə əsasən, cihaz 128/256/512 GB daxili yaddaş (UFC 3.1) ilə birlikdə 8/12/16 GB RAM (LPDDR5) ilə təchiz ediləcək. Şayiələrə görə, OnePlus 10T adı ilə buraxılacaq smartfonun qlobal versiyası 12 GB ilə məhdudlaşan operativ yaddaş versiyasını almayacaq.

Təchizatçı artıq təsdiqləyib ki, model 120 Hz təzələmə tezliyi olan 6,7 düymlük AMOLED E4 displey, Snapdragon 8+ Gen 1 SoC və 150 ​​vatt şarj dəstəkləyən 4800 mAh batareya ilə təchiz ediləcək. Həmçinin 50MP Sony IMX766 əsas sensoru, 8MP ultra geniş bucaqlı obyektiv və 2MP makro sensoru olan üçlü kameranın olması da bildirilir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir.

OnePlus Ace Pro/10T-nin rəsmi elanı bu il avqustun 3-nə planlaşdırılır. Smartfonun ehtimal olunan qiyməti 627 dollar təşkil edəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -