spot_img
25 ноября, 2024
ДомойТелекомСобытия“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya resurslarını kibercinayətkarlıqla bağlı risklərdən qorumaq və preventiv addımlar atmaq üçün iki istiqamətdə yeni informasiya təhlükəsizliyi xidmətləri təklif edir.

Ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

Vurğulayaq ki, müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və yeni İT həllər, avadanlıqlar yaranır. Bu sistemlərin əlverişliliyi ilə yanaşı, zəif tərəfləri də diqqət mərkəzində olur. İşin gedişatında həm təbii olaraq, həm də digər tərəflərin hücumu ilə bu boşluqlar sistemlər üçün təhlükə mənbəyinə çevrilir.

“AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.

Bu xidmət, həmçinin müəssisələrin əməkdaşlarının kiberhücumlara qarşı məlumatlılıq dərəcəsinin artırılması, kiberhücumları aşkarlaya bilmələri üçün maarifləndirilmə proqramının təşkilini əhatə edir.

Kibertəhlükəsizlik xidməti çərçivəsində isə informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı həyata keçirilir.

Müştərinin İT infrastrukturunda, servis və xidmətlərində kiberhücumlar zamanı istismar edilə biləcək boşluqların aşkarlanması və aradan qaldırılması üçün dəstək verilir. Eyni zamanda, müştərinin daha öncə qarşılaşmış olduğu kiberinsidentlərin əsas səbəbinin müəyyən edilərək aradan qaldırılması üçün “AzInTelecom”un mütəxəssisləri müəyyən texniki işlər aparırlar.

Yeni xidmətlərin təqdim edilməsində əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlarla işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz: https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -