Məlumata görə, Honor 70 seriyalı smartfonlar 54 meqapiksellik Sony IMX800 sensorlu kamera ilə təchiz ediləcək.
Əsas modelin güclü Snapdragon 7 Gen 1 prosessoru, Pro versiyasının Dimensity 8000, Pro+ versiyasının isə Dimensity 9000 olacağı ilə bağlı fərziyyələr var. Bundan əlavə, smartfonlar 100 Vt-a qədər sürətli şarjı dəstəkləyəcək.
Yeni xəttin istifadəyə verilməsi mayın 30-da gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az