spot_img
27 ноября, 2024
ДомойSoftwareМобильные приложенияElon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Technote-un məlumatına əsasən, Elon Musk-ın Twitter-i 44 milyard dollara alacağı təsdiqlənib. Twitter bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Beləliklə müqavilənin bağlanacağından sonra Twitter yenidən özəl şirkət statusunu əldə edəcək. Bu səbəblə də sosial şəbəkənin səhmlərinin birjadakı satışları dayandırılıb. Tərəflər arasında əldə edilmiş razılığa əsasən Twitter-in səhmlərinə sahib səhmdarlar hər bir səhm üçün 54.20$ əldə edəcəklər. Musk da ilk öncə məhz bu qiyməti təklif etmişdi. Təklif edilmiş bu qiymət göstəricisi 1 aprel tarixində Twitter-in birjada satılmış səhmlərinin qiymətindən 38% daha yüksəkdir. 2 aprel tarixində Musk elan etmişdi ki, o, Twitter səhmlərinin 9%-ni əldə edib. Bu cür elandan sonra isə sosial şəbəkənin səhmləri birjada yüksəlməyə başladı. Twitter-in direktorlar şurasının müstəqil sədri olan Bret Taylor müqaviləyə bu cür şərh bildirib:

    “Twitter-in direktorlar şurası qiymətə, əminliyə (Musk-ın məqsədləri) və maliyyələşdirməyə əsas diqqət ayıraraq Elon-un təklifini detallı və hərtərəfli şəkildə qiymətləndirib. Təklif edilən müqavilə əhəmiyyətli dərəcədə gəlir gətirəcək və biz düşünürük ki, bu, Twitter səhmdarları üçün ən yaxşı yoldur”. Musk bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Söz azadlığı fəaliyyət göstərən demokratiyanın təməlidir. Twitter isə rəqəmsal şəhər mühitidir və orda insanlığın gələcəyi üçün həyati vacib məsələlər müzakirə edilir. Mən həmçinin alqoritmləri açıq mənbəli kod statusuna keçirdərək və məhsulu yeni funksiyalarla təkmilləşdirərək Twitter-i həmişəkindən daha yaxşı etmək istəyirəm. Bu həmçinin insanların güvənlərini yüksəldəcək, spam botları aradan qaldıracaq və bütün insanları autentifikasiya edəcək. Twitter böyük potensiala sahibdir. Həmin potensialı ortaya çıxartmaq yolunda mən, şirkət və istifadəçilərdən ibarət cəmiyyət ilə çalışmaq üçün səbrsizlənirəm”.

    Öz Twitter hesabında Musk həmçinin bunu qeyd edib: “Ümid edirəm ki, məni hətta ən kəskin şəkildə tənqid edənlər də Twitter-də qalacaqlar. Çünki, söz azadlığı məhz budur”. Gözləntilərə əsasən Twitter-in direktorlar şurası tərəfindən qəbul edilmiş müqavilənin bağlanması bu il ərzində yekunlaşacaq. Bunun üçün müqavilə Twitter-in səhmdarları tərəfindən təsdiqlənməli, müvafiq nizamlayıcı orqanlar tərəfindən icazə alınmalı və digər standart tələblər yerinə yetirilməlidir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -