spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныOPPO Find X5 Pro-nun yığılma və sınaqdan keçirilmə prosesini göstərdi

OPPO Find X5 Pro-nun yığılma və sınaqdan keçirilmə prosesini göstərdi [VİDEO]

OPPO yeni flaqman Find X5 Pro-nun yığılması və sınaqdan keçirilməsinə həsr olunmuş videoçarx paylaşıb. Qısa videoçarxda istehsalçı dayanıqlıq testləri də daxil olmaqla əsas smartfon yoxlamalarının aparılması prosesini nümayiş etdirib.

Ümumilikdə Find X5 Pro komponentləri 300-dən çox sınaqdan keçib. Əlbəttə ki, videoda onlardan yalnız ən vizual və həqiqətən möhtəşəm olanı göstərilib, o cümlədən suya davamlılıq testi, müxtəlif yerlərdən düşmə və həddindən artıq temperaturdan qorunma.

Xatırladaq ki, OPPO bu yaxınlarda Find X5 Pro-nun ikinci versiyasını təqdim etdi. O, əsas versiyadan flaqman MediaTek Dimensity 9000 çipsetinin olması ilə seçilir — bu, belə prosessor əsasında hazırlanmış ilk smartfondur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -