spot_img
28 ноября, 2024
ДомойТехнологииСмартфоныYeni flaqman OPPO Find X4 Pro-nun xüsusiyyətləri açıqlandı

Yeni flaqman OPPO Find X4 Pro-nun xüsusiyyətləri açıqlandı

Digital Chat Station qarşıdan gələn OPPO Find X4 Pro smartfonunun texniki xüsusiyyətləri ilə bağlı təfərrüatları paylaşdı. Deyilənə görə, indiki Find X3 Pro-dan böyük fərqlər gözləməyə dəyməz.

Məlumata əsasən, Find X4 Pro 6,7 düymlük Quad HD+ həlli və 120 Hz yeniləmə tezliyi ilə təchiz ediləcək. Smartfonun “ürəyi” Qualcomm-un yeni flaqman Snapdragon 8 Gen1 çipi olacağı gözlənilir. Həmçinin insayderin təfərrüatında ​​12 GB operativ yaddaş və ən azı 80 vatt gücündə sürətli şarj doldurma dəstəyi haqqında deyilir. Find X4 Pro əsas kamerasına 1/1,5 düymlük 50 meqapiksel iki modul və 2x optik zumlu 13 və ya 12 meqapiksellik modullar daxil olmalıdır. Ön kamerası 32 meqapiksel olacaq.

Beləliklə, mənbənin fikrincə, Find X4 Pro və Find X3 Pro arasındakı əsas fərqlər yeni prosessor və daha sürətli şarj olacaq. Ola bilər ki, sonda daha çox dəyişikliklər olsun.

Smartfonun təqdimatı gələn ilin əvvəlində gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -