Samsung, yeni məhsulun tək satış tarixini deyil, əsas texniki xüsusiyyətlərini də açıqladı.
İstehsalçının təqdim etdiyi görüntülərə görə, Samsung Galaxy M32 90 Hz yeniləmə sürətinə sahib 6,4 düymlük AMOLED Full HD+ ekranla təchiz ediləcək. Cihazın «ürəyi» MediaTek Helio G85 platforması olacaq.
Galaxy M32-nin əsas üstünlüklərindən biri, 6000 mAh tutumlu böyük batareyası olacaqdır.
Galaxy M32-nin təqdimatı 21 iyun tarixində onlayn formatda baş tutacaq. 4/64 GB və 6/128 GB yaddaş ilə əldə ediləcək cihazın təxmin edilən qiyməti 200-300 dollar arasında dəyişəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az