spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияYevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi 25 yanvar 2021-ci il tarixində ABŞ-ın “Uptime Institute” təşkilatının “Tier 3 Facility” sertifikatına layiq görülüb. Sertifikatın alınması üçün keçirilən texniki sınaqlar zamanı Data Mərkəzin bütün kritik infrastruktur avadanlıqları və sistemlərinin dayanıqlılığı “Uptime Institute” mütəxəssisləri tərəfindən mərhələli şəkildə test olunub.

Qeyd edək ki, Bakıda yerləşən əsas Data Mərkəzindən sonra Yevlaxda ehtiyat Data Mərkəzinin tikintisinin məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Mərkəz “AzInTelecom” MMC ilə Ədliyyə Nazirliyinin Dünya Bankı tərəfindən maliyyələşdirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzinin bütün kritik infrastruktur sistem və avadanlıqları “1+1” prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.

Ehtiyat Data Mərkəzinin mobil tipli layihələndirilməsinin əsas üstünlüklərindən biri də daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə, daha etibarlı əraziyə daşınmasına imkan verir.

Yevlaxda inşa olunan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -