Chincha və Pisco İl Apelyasiya Məhkəməsi, Microsoft şirkətinin sahibi Bil Qeytsi, investisiya bankiri Corc Soros və Stiven Rokefelleri koronavirus pandemiyasının ortaya çıxmasında iştirakda günahlandırır.
Verildiyi xəbərə görə, məhkəmə təcavüzdə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması barədə apellyasiya şikayətinə baxıb. Apelyasiya Məhkəməsinin hakimləri əvvəlki instansiya qərarından apelyasiya şikayətinin verilməsini rədd edərək, COVID-19 pandemiyası qarşısında keçilməz bir vəziyyətə görə müttəhimə qarşı cinayət prosesinin iflic olduğunu bildiriblər. Eyni zamanda, hökmdə koronavirus pandemiyasının «dünyanı idarə edən cinayətkar elitalar tərəfindən» yaradıldığı iddia edilir.
“Dünyadakı heç bir hökumət, heç bir fiziki və hüquqi şəxs, heç bir cavabdehin müdafiəsi, yeni dünya düzəninin arasından Bill Qeyts, Soros, Rokefeller v.s. kimi yaradıcıları xaricində bu pandemiyanın «proqnozlaşdırıla biləcəyini» iddia edə bilməz. Onlar onu idarə edənlərdir və son dərəcə məxfilik şəraitində işləməyə davam edənlərdir», — məhkəmənin qərarında bildirilir
Təqsirləndirilən şəxsin vəkili artıq apelyasiya məhkəməsinin qərarının ləğvini tələb edəcəyini açıqlayaraq, işə aid dəlillər əvəzinə spekulyativ ifadələrə əsaslandığını vurğulayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az