21 mart 2006-cı ildə Cek Dorsey və yoldaşları SMS köməyilə kiçik qruplarla əlaqəyə keçməyə şərait yaradan Twttr adlı xidməti işə saldılar. Bu gün məşhur mikrobloq şirkəti artıq öz 13 yaşını qeyd edir. Sosial şəbəkələrin məşhurlaşdığı dövrdə özünəməxsus yanaşması ilə fərqlənən şirkət Twitter adına fəaliyyətinə başladıqdan yalnız 6 ay sonra keçmişdi.
Twitter bu yaxınlarda 2018-ci ilin şirkətin tarixində maliyyə üzrə yeganə gəlirli ilk kimi qeydə alındığını elan edib. Buna baxmayaraq, ötən il mikrobloq xidməti daha 5 milyon aktiv istifadəçini itirib. Lakin mikrobloq xidmətinin digər istifadəçiləri daha da aktivləşərək ötən illərə nisbətən daha çox məzmun yaradıblar.
İlk mikrobloqun sahibi də məhz xidmətin yaradıcısı Cek Dorsey olub.
“Sadəcə öz twttr-imi tənzimləyirəm” deyə, Cek mikrobloq tarixinə öz adını həkk edib.
just setting up my twttr
— jack (@jack) 21 March 2006
Azərbaycanda mikrobloq xidməti 2 fərqli zamanlarda məşhurlaşıb. Bu əsasən 2000-ci illərin sonuna və son bir neçə ilə təsadüf edir. Bəs Azərbaycan Twitter istifadəçilərinin ilk tvitləri nə olub?
Namo Media adlı şirkəti Twitter tərəfindən 50 milyona alınan və hal-hazırda Twitter-də çalışan azərbaycanlı Tural Bədirxanlı: “@nizammedin xəbər tutanda mənə də məlumat ver”.
@nizameddin let me know when you find out
— Tural Badirkhanli (@turalb) November 16, 2009
Mikrobloqlar şəbəkəsində azərbaycanlılar sırasında ilk qeydiyyatdan keçənlərdən biri də Zaur Əmikişiyevdir. O öz Twitter hesabını 2007-ci ilin aprel ayında qeydiyyatdan keçirib. İlk mikrobloqunu isə yalnız 3 ildən sonra yazıb və yerli istifadəçilərdən dizayner axtarışında dəstək istəyib.
hey, Azerbaijan twitters, please suggest me local web designers, but only creative ones and not amateurs #webdesigner #jobs #azerbaijan
— Zaur Amikishiyev (@amikishiyev) March 10, 2010
Məşhur aparıcı İlkin Həsəni: “Bu nədir?”
🙂 4to eto takoe?
— Ilkin Hasani (@ilKinHasani) February 8, 2010
Məşhur müğənni Miri Yusif: “Nə var nə yox?”
Whats’up
— Miri Yusif (@miriyusif) September 25, 2010
Şoumen Murad Dadaşovun ilk tviti Azərbaycanın “Eurovision 2011” yarışmasında qələbəsi ilə bağlı olub.
Heyatimin en xoshbext deqiqielerini yashadim… Bu xoshbextliyimin sebebi sensen — AZERBAYCANIM!!! VAR OL!!!!!
— Murad Dadashov (@mdadashow) May 15, 2011
Radioaparıcı DJ Fateh ilk mikrobloqunda öz yumor bacarıqlarını nümayiş etdirmişdi.
Salam! Saxlasun sizi kalam!
— Fateh (@DJ_Fateh) November 26, 2010
Məşhur bloqçu Mehriban Həsənova Twitter şəbəkəsində də öz kreativliyi ilə seçilib.
Gelmishem qaninizi ichem!
— ? (@ifrite_) September 13, 2015
Hər zaman öz postları ilə geniş auditoriyanın diqqətini cəlb edən Albert Eynişeydi layihəsinin Twitter hesabındakı ilk mikrobloq maraqlı faktı əhatə edib.
Tanrı da bu Gəmini batıra bilməz şüarı ilə satılan biletlər 1500-dən çox insanın ölümü ilə nəticələnmişdi. Titanic 1912
— Albert Eynişeydir (@alberteyniseydi) June 22, 2014
Bəs siz ilk mikrobloqunuzda nə haqqında yazmışdınız?
Bunu tapmaq üçün https://twitter.com/search-advanced keçidinə daxil olaraq öz profil adınızı və tarix hissədə profilinizin yaranma müddəti aralığını seçmək kifayətdir.