Sony PlayStation Store-da ilin ən çox gözlənilən endirim kampaniyalarından birinə start verib. Bu il “Qara cümə” aksiyası əvvəlki illərlə müqayisədə daha tez — 4 noyabr 2026-cı ildə başlayıb. PlayStation 4 və PlayStation 5 konsollarının, eləcə də PS VR2 başlıqlarının sahiblərini minlərlə təklif gözləyir. Endirimlərə tam oyunlar, böyük əlavələr və DLC-lər daxildir.
Populyar oyunlarda endirimlər 75%-ə çatır. Bununla belə, yekun qiymət istifadəçinin hesabının qeydiyyatda olduğu regiondan asılıdır. Köhnə hitlərə, indie oyunlara və əvvəlki nəşrlərə daha böyük güzəştlər tətbiq olunur. Məsələn, The Quarry (Deluxe Edition) və Tomb Raider Trilogy oyunlarında endirim 90%-ə qədər yüksəlir.
Kampaniya təxminən bir ay davam edəcək və 30 noyabrda başa çatacaq. Lakin mağazadakı endirimlərin vaxtını izləmək vacibdir: aksiya bir neçə mərhələyə bölünüb. İlk mərhələ 4 noyabrda başlayıb və bəzi təkliflər, xüsusilə genişləndirilmiş nəşrlər üçün endirimlər, yalnız 20 noyabradək qüvvədə olacaq. Sony 16 noyabrda çeşidi yeniləyəcək, siyahıya yeni oyunlar əlavə edəcək və mövcud endirimləri dəyişəcək.
İlk siyahıda diqqət çəkən təkliflər:
- Marvel’s Wolverine (Digital Deluxe Edition) — 23%;
- God of War Ragnarök — 50%;
- Astro Bot — 29%;
- Death Stranding 2: On the Beach — 38%;
- Silent Hill 2 / Silent Hill f — 72%;
- Silent Hill: Townfall — 20%;
- 007 First Light (Deluxe Edition) — 50%;
- Control Ultimate Edition — 85%;
- The Elder Scrolls V: Skyrim Special Edition — 80%.
Bütün endirimlərlə konsolda “Xüsusi təkliflər” bölməsindən və ya PlayStation Store-un rəsmi səhifəsindən tanış olmaq mümkündür.









