GTA VI-nın çıxışına maraq o qədər böyükdür ki, hətta əvvəlki oyunlara da təsir göstərməyə başlayıb. Konsol oyunçuları artıq Vice City küçələrini kəşf edərkən, PC istifadəçiləri hələlik yeni macəradan kənarda qalıblar. Nəticədə onların bir çoxu yenidən Los Santos-a qayıdır.
Noyabrın 17-dən 24-dək olan həftə ərzində GTA V Enhanced Steam-in dünya üzrə satış reytinqində 31 pillə irəliləyərək 10-cu yerə yüksəlib. Pulsuz oyunları reytinqdən çıxardıqda isə layihə beşinci sırada qərarlaşır. Onu yalnız EA Sports FC 27, Call of Duty: Modern Warfare 4 və Bodycam geridə qoyub. Reytinqin ilk pilləsini Valve şirkətinin Steam Deck konsolu tutsa da, onu oyun buraxılışı hesab etmək düzgün olmazdı.
Köhnə hitlərdən qazanan təkcə Rockstar deyil. Məsələn, It Takes Two yenidən ödənişli oyunların ilk onluğuna daxil olub. Yusef Faresin kooperativ macəra oyunu hazırda Steam-də 80% endirimlə təklif edilir. Kingdom Come: Deliverance II də satışlarını xeyli yaxşılaşdıraraq ümumi reytinqdə bir həftə ərzində 60 pillə irəliləyib. Liderlər arasında Çinin yeni döyüş oyunu Phantom Blade Zero da yer alıb.2
Maraqlıdır ki, GTA VI ətrafındakı böyük ajiotaj fonunda oyunçular hətta seriyanın dördüncü hissəsini də yenidən xatırlayıblar. GTA IV də Steam-də gəlirə görə ən çox qazanan 100 oyun sırasına daxil olub.
Görünür, Rockstar GTA VI-nı PC platformasına çıxarana qədər şirkətin həm Liberty City, həm də Los Santos vasitəsilə köhnə oyunlarından gəlir əldə etmək üçün hələ kifayət qədər imkanı olacaq.










