İlon Mask Neuralink şirkətinin kor insanların görməsinə kömək edəcək yeni qurğusu Blindsight-ı anons edib. Onun sözlərinə görə, cihaz artıq texniki baxımdan hazırdır və istifadəyə verilməsi üçün yalnız tənzimləyici qurumların təsdiqi gözlənilir.
Our second product is called Blindsight and it will, as the name suggests, enable even those who are completely blind or have never seen to see.
It is ready from an engineering standpoint. Just waiting on regulatory approval.
— Elon Musk (@elonmusk) October 30, 2026
Mask X sosial şəbəkəsində bildirib ki, Blindsight Neuralink-in ikinci məhsulu olacaq. Qurğu tamamilə kor olan və hətta heç vaxt görmə qabiliyyətinə malik olmayan insanlara belə görmə imkanı qazandırmağı hədəfləyir. Bununla belə, şirkət Blindsight-ın necə işləyəcəyi, nə vaxt satışa və ya istifadəyə təqdim olunacağı, eləcə də təxmini qiyməti barədə hələlik ətraflı məlumat verməyib.
Neuralink-in ilk məhsulu isə Telepathy adlı sistemdir. Bu texnologiya insana beyin siqnalları vasitəsilə kompüterlər və digər insanlarla əlaqə saxlamağa imkan verməlidir. Beləliklə, məlumat daxil etmək üçün adi klaviatura və digər ənənəvi qurğulara ehtiyac qalmayacaq.










