ДомойSoftwareМобильные приложенияInstagram artıq Apple TV-də əlçatandır

Instagram artıq Apple TV-də əlçatandır

Meta şirkəti Instagram tətbiqini rəsmi elan vermədən Apple TV platformasına çıxarıb. Beləliklə, istifadəçilər Reels videolarını və digər video məzmunları televizorun böyük ekranında izləyə biləcəklər. Əvvəllər tətbiqin TV versiyası yalnız Fire TV, Google TV və Samsung smart televizorlarında mövcud idi.

Instagram-ın televizor versiyası tətbiqin 66.0 buraxılışını və tvOS 26.0 və ya daha yeni əməliyyat sistemini tələb edir. İstifadəçilər Reels videolarına, müəlliflərin uzun videolarına, çoxseriyalı layihələrə və canlı yayımlara baxa bilərlər.

Tətbiq telefon və televizor arasında baxış tarixçəsini sinxronlaşdırır. Məsələn, Apple TV-də izləməyə başladığınız videonu bir toxunuşla smartfonda davam etdirə, yaxud əksinə edə bilərsiniz. Tövsiyə alqoritmləri isə istifadəçilərə maraqlarına uyğun yeni məzmunlar təqdim edir. Bu addım Instagram-ın yalnız qısa videolarla məhdudlaşmamaq və daha uzun məzmun formatlarını inkişaf etdirmək strategiyasının bir hissəsidir. Şirkət həmçinin bir neçə dəqiqəlik epizodlardan ibarət şaquli mikrod seriallara marağı artırmağa çalışır.

Instagram-ı Apple TV-yə quraşdırmaq üçün televizorun ana ekranındakı App Store-u açmaq, axtarışda “Instagram” yazmaq və tətbiqi yükləmək kifayətdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,698ФанатыМне нравится
1,005ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -