Apple yeni iPhone modellərinin təqdimatından sonra adətən əvvəlki nəsil cihazların qiymətini aşağı salırdı. Lakin bu dəfə şirkət tamamilə fərqli addım atıb — iPhone 17, iPhone 17e və iPhone Air modellərinin qiymətləri artırılıb. Üstəlik, Apple bahalaşmanın səbəbini hələ açıqlamayıb.
Əsas iPhone 17-nin 256 GB yaddaşa malik versiyası 100 dollar bahalaşaraq 900 dollara çatıb. 512 GB-lıq modelin qiyməti isə 1 100 dollar təşkil edir.
iPhone 17e-nin 256 GB versiyası artıq 700 dollar, 512 GB versiyası isə 900 dollar qiymətinə satılır.
Ən böyük artım isə iPhone Air-in 1 TB yaddaşa malik üst versiyasında qeydə alınıb. Bu modelin qiyməti birdən-birə 300 dollar artaraq 1 700 dollara yüksəlib. 256 GB-lıq iPhone Air 1 100 dollar, 512 GB-lıq versiya isə 1 300 dollar olub.
Apple əvvəlki nəsil iPhone 16-nı da satışda saxlayıb. Onun qiyməti isə hazırda 800 dollardan başlayır.
Şirkət qiymət artımının səbəbləri barədə heç bir rəsmi açıqlama verməyib. Buna görə də bahalaşmanın səbəbi hələlik məlum deyil.










