ДомойТехнологииМониторыXiaomi 240 Hz tezlikli oyun monitorunu cəmi 95 dollara təqdim etdi

Xiaomi 240 Hz tezlikli oyun monitorunu cəmi 95 dollara təqdim etdi

Xiaomi oyunçular üçün qiyməti ilə diqqət çəkən yeni G25i 2026 monitorunu təqdim edib. Model daha bahalı oyun monitorlarında rast gəlinən xüsusiyyətləri münasib qiymətə təklif edir: 24,5 düymlük Fast IPS panel, Full HD təsvir ölçüsü, 240 Hz yenilənmə tezliyi və 1 ms cavab müddəti.

Monitor sRGB rəng məkanının 100%-ni, DCI-P3-ün isə 93%-ni əhatə edir. 8-bit rəng dərinliyinə və DisplayHDR 400 sertifikatına sahib olan ekranın maksimal tipik parlaqlığı 400 cd/m² təşkil edir.

Screenshot

Sürətli oyunlarda görüntünün daha hamar olması üçün FreeSync Premium texnologiyası dəstəklənir. Xiaomi həmçinin oyunçular üçün ekranda nişangah, gecə rejimi və qaranlıq səhnələrdə detalları daha aydın göstərən xüsusi funksiyalar əlavə edib.

Gözlərin qorunması da diqqətdən kənarda qalmayıb. Monitor mavi işığın aparat səviyyəsində azaldılmas ıtexnologiyasına və TÜV Rheinland sertifikatına malikdir.

Qoşulma imkanlarına DisplayPort 1.4, HDMI 2.0 və audio çıxışı daxildir. HDMI vasitəsilə də Full HD təsvir ölçüsündə 240 Hz yenilənmə tezliyindən istifadə etmək mümkündür.

Monitorun dayağı ekranın əyilməsini −5°-dən +15°-dək tənzimləməyə imkan verir. Divara montaj üçün isə VESA 75×75 mm standartı nəzərdə tutulub.

Xiaomi G25i 2026-nın ölçüləri 557 × 173,1 × 445,6 mm, çəkisi isə 3,2 kq-dır.

Model Tayvanda 2999 yeni Tayvan dollarına, yəni təxminən 95 dollara satışa çıxarılıb.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,735ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -