ДомойТехнологииАвтомобилиGeely elektromobilləri cəmi 5,5 dəqiqəyə 80% şarj yığa biləcək

Geely elektromobilləri cəmi 5,5 dəqiqəyə 80% şarj yığa biləcək

Geely elektromobillərin şarj müddətini bir neçə dəqiqəyə endirmək üçün 1000 voltluq yeni elektrik arxitekturası hazırlayır. Şirkət bu texnologiya ilə elektrik avtomobillərinin şarj doldurma sürətini benzinli avtomobillərlə müqayisə edilə biləcək səviyyəyə çatdırmağı hədəfləyir.

Hazırda Geely avtomobillərində 800 voltluq sistemlərdən geniş istifadə edir. Bu arxitektura akkumulyatoru, elektrik mühərriklərini, güc elektronikasını, şarj qurğusunu və naqilləri əhatə edir. Bununla yanaşı, şirkət artıq daha yüksək gücə hesablanmış şarj doldurma infrastrukturuna sahibdir.

Geely mart ayında 1500 kVt-a qədər pik güc təmin edən və bir konnektora malik 2100-dən çox Zeekr şarj cihazının hazırlandığını açıqlamışdı. Bu infrastrukturun imkanları sınaqlar zamanı artıq özünü göstərib. Məsələn, Lynk & Co 10 sedanı belə bir stansiyada 1100 kVt gücə çataraq batareyasını cəmi 5 dəqiqə 32 saniyəyə 80%-ə qədər doldurub.

İndi Geely gələcək modellərində 1000 voltluq elektrik sistemindən kütləvi şəkildə istifadə etməyi planlaşdırır. Bu, 1500 kVt-a qədər güc təqdim edən şarj stansiyalarından daha səmərəli istifadə etməyə imkan verəcək.

Şirkət hesab edir ki, yeni texnologiya elektromobillərin şarj doldurma müddətini daha da azaldacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,735ФанатыМне нравится
1,007ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -