ДомойSoftwareИгрыSteam-də “Qatar Festivalı” başladı – məşhur oyunlara böyük endirimlər təqdim olunur

Steam-də “Qatar Festivalı” başladı – məşhur oyunlara böyük endirimlər təqdim olunur

Steam növbəti tematik kampaniyasına start verib. Bu dəfə Valve platforması dəmir yolu mövzusunda olan oyunları sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

“Qatar Festivalı” çərçivəsində qatarlar və dəmir yolu nəqliyyatı ilə bağlı onlarla oyun endirimə düşüb. Kampaniya zamanı istifadəçilər Victoria 3, Last Train Home, Beholder Conductor, Fogpiercer, Choo-Choo Charles və digər məşhur layihələri daha münasib qiymətə ala bilərlər.

Festival 27 iyul tarixinədək davam edəcək və Bakı vaxtı ilə 21:00-da başa çatacaq. Bu arada, Epic Games Store platformasında da yay endirimləri kampaniyası davam edir.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,748ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -