Sony fiziki disk formatından imtina planını daha açıq şəkildə istifadəçilərə çatdırmağa başlayıb. Şirkət artıq PlayStation 5 konsollarının qutularında 2028-ci ildən etibarən yeni oyunların diskdə buraxılmayacağı barədə xəbərdarlıq yerləşdirir.
Qutuların üzərində bir neçə dildə qeyd olunur ki, 2028-ci ilin yanvarından sonra təqdim ediləcək yeni PlayStation oyunları artıq disk formatında satışa çıxmayacaq.
Bununla belə, Sony vurğulayır ki, qərar qüvvəyə minənədək buraxılmış oyunlar əvvəlki kimi diskdə satılmağa davam edəcək. Həmçinin disk dəstəyi tamamilə ləğv edilmir – diskötürücüsü olan PlayStation 5 modelləri fiziki diskləri oxumağa davam edəcək.
Məlumata görə, gələcəkdə yeni oyunların qutu versiyaları satışda qala bilər. Lakin həmin qutuların içərisində artıq disk olmayacaq. Bunun əsas səbəbi isə PlayStation üçün bütün rəsmi oyun disklərinin məhz Sony tərəfindən istehsal edilməsidir.
Qeyd edək ki, şirkətin bu qərarı oyunçular və bəzi oyun tərtibatçıları tərəfindən ciddi tənqid olunsa da, Sony strategiyasını dəyişmək niyyətində olmadığını dəfələrlə bəyan edib.









