ДомойAI / MLReuters: DeepSeek öz süni intellekt çipini hazırlayır

Reuters: DeepSeek öz süni intellekt çipini hazırlayır

Çinin süni intellekt sahəsində sürətlə böyüyən şirkətlərindən biri olan DeepSeek artıq öz AI çipini hazırlayır. Reuters agentliyinin məlumatına görə, yeni prosessor süni intellekt modellərinin öyrədilməsi üçün deyil, onların istifadəçilərin sorğularına cavab verməsi prosesini — yəni inference mərhələsini sürətləndirmək üçün nəzərdə tutulub.

İndiyədək DeepSeek öz modellərinin təlimi və işlədilməsi üçün əsasən NVIDIA və Huawei tərəfindən istehsal olunan çiplərdən istifadə edib. Mənbələrin sözlərinə görə, şirkət hazırda layihənin ilkin mərhələsindədir və yeni prosessorun hazırlanması ilə bağlı müxtəlif tərəfdaşlarla danışıqlar aparır. Reuters bildirir ki, bu istiqamətdə işlərə təxminən bir il əvvəl başlanılıb.

Ekspertlər qeyd edirlər ki, son aylarda məhz inferens üçün nəzərdə tutulmuş AI çiplərinə tələbat sürətlə artır. Süni intellekt texnologiyalarının geniş yayılması fonunda bazarın diqqəti tədricən modellərin öyrədilməsindən onların gündəlik istifadəsinə yönəlir. Bu mərhələ üçün hazırlanan çiplər isə adətən daha ucuz başa gəlir, eyni zamanda daha az enerji sərf edir.

Əgər DeepSeek layihəni uğurla başa çatdıra bilsə, şirkət həm xarici təchizatçılardan asılılığını azalda, həm də AI infrastrukturunda daha rəqabətqabiliyyətli mövqe qazana bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,751ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -