OpenAI ChatGPT-nin axtarış funksiyasını əhəmiyyətli dərəcədə yeniləyib. Əvvəllər yan panel vasitəsilə yalnız köhnə söhbətləri tapmaq mümkün idisə, indi yüklənmiş fayllar, şəkillər və layihələr də vahid axtarış sistemi vasitəsilə əlçatan olub.
Yenilənmiş funksiya veb versiyada, eləcə də iPhone və Android tətbiqlərində istifadəyə verilib. Üstəlik, bu imkan ödənişsiz istifadəçilər üçün də aktivdir.
İstifadəçilər axtarış nəticələrini filtrləyə bilərlər. Məsələn, yalnız şəkilləri, yalnız sənədləri və ya müəyyən layihəyə aid faylları göstərmək mümkündür. Lazım olan nəticə tapıldıqdan sonra isə bir kliklə müvafiq söhbətə, sənədə və ya şəkilə keçid etmək olur.
Bu yenilik ChatGPT-də saxlanılan məlumatlarla işləməyi xeyli rahatlaşdırır və lazım olan məzmunun tapılmasını daha sürətli edir.








