spot_img
1 июня, 2026
ДомойТелекомАкции и кампании“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib

“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib

“AzInTelecom” MMC 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Gəncə şəhərində azyaşlılar üçün maarifləndirici sessiya keçirib.

Azərbaycan Uşaq Fondu ilə birgə təşkil olunan sessiyada 30-dan çox azyaşlı iştirak edib. Tədbirin məqsədi uşaqlara rəqəmsal dünyadan təhlükəsiz və səmərəli formada istifadə etməyin yollarını aşılamaq olub.

Sessiyada uşaqlara onlayn mühitdə şəxsi məlumatların qorunması, tanımadıqları şəxslərlə ünsiyyətdən qaçmaq və şübhəli keçidlərə klikləməmək kimi əsas kiber-gigiyena qaydaları əyləncəli metodlarla izah edilib. Sessiyanın sonunda azyaşlılara “AzInTelecom” tərəfindən nəşr olunan “SİMA missiyası” texnoloji nağıl kitabı hədiyyə olunub.

Uşaq və gənclərin rəqəmsal savadlılığının artırılması “AzInTelecom” MMC üçün xüsusi önəm daşıyır və şirkət bu qəbildən olan maarifləndirici layihələri korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqaməti hesab edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,766ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -