spot_img
1 мая, 2026
ДомойТехнологииАвтомобилиBYD “Formula 1”-ə daxil olmağa hazırlaşır

BYD “Formula 1”-ə daxil olmağa hazırlaşır

BYD “Formula 1” çempionatında iştirak imkanlarını araşdırır. Səbəb isə 2026-cı ildə qüvvəyə minəcək yeni texniki qaydalar və yarışın daha çox hibrid və elektrik texnologiyalarına yönəlməsidir.

Şirkətin vitse-prezidenti Li Kenin sözlərinə görə, artıq ilkin danışıqlar aparılıb. Hətta Stefano Domenicali ilə Şanxayda görüş də keçirilib. Lakin hələlik nə yekun qərar, nə də rəsmi tarix açıqlanmayıb.

BYD çempionatda bir neçə fərqli formatı nəzərdən keçirir:

  • öz «Formula 1» komandasını yaratmaq
  • hibrid güc aqreqatlarının təchizatçısı olmaq
  • texnoloji tərəfdaş və sponsor kimi iştirak etmək

Şirkətin marağı “Formula 1”-in yeni istiqaməti ilə birbaşa bağlıdır. 2026-cı ildən qüvvəyə minən qaydalar elektrik enerjisinin rolunu artırır və rekuperasiya sistemlərinə daha çox üstünlük verir. Bu isə BYD-nin əsas gücü sayılan batareya və elektrik mühərriki texnologiyaları ilə üst-üstə düşür.

Yeni texniki reglament yarış maşınlarında elektrik hissəsinin payını xeyli artıraraq performans balansını dəyişir. Bu da avtomobil istehsalçılarına öz mühəndislik həllərini daha geniş şəkildə tətbiq etmək imkanı yaradır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,777ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -