Counterpoint Research-in məlumatına görə, 2025-ci ilin dördüncü rübündə dünyanın ən çox satılan smartfonları siyahısında Apple böyük üstünlük əldə edib — eyni anda 5 iPhone modeli TOP-10-a daxil olub.
Reytinqin lideri iPhone 17 Pro Max olub — o, ümumi satışların təxminən 5%-ni təşkil edib. Onun ardınca iPhone 17 və iPhone 17 Pro ikinci və üçüncü yerləri tutub. Siyahıda daha əvvəlki modellər də yer alıb: iPhone 16 (dördüncü yer) və iPhone 16e (səkkizinci yer).
Qalan mövqelərin böyük hissəsi Samsung smartfonlarına məxsusdur. Siyahıya Galaxy A56, Galaxy A36, Galaxy A07 və Galaxy S25 daxil olub.
TOP-10-da yer alan yeganə digər brend isə Xiaomi olub — REDMI A5 modeli ilə.
Ümumilikdə bu on cihaz qlobal smartfon satışlarının təxminən 23%-ni təşkil edib.
Maraqlı məqam ondan ibarətdir ki, iPhone 16 modeli 2025-ci il ərzində davamlı olaraq ən çox satılanlar siyahısında qalıb. Digər tərəfdən statistika göstərir ki, Android cihazları arasında ən böyük tələbat orta və büdcə seqmentinə aiddir.






