spot_img
3 апреля, 2026
ДомойТехнологииСмартфоныAnTuTu martın ən güclü 10 smartfonunu açıqladı

AnTuTu martın ən güclü 10 smartfonunu açıqladı

AnTuTu məşhur performans reytinqini yeniləyib və mart ayının ən güclü Android smartfonlarını açıqlayıb. Siyahıya əsasən, liderlik demək olar ki, tamamilə Qualcomm çiplərinə məxsusdur — TOP 10-da yalnız bir model MediaTek prosessoru ilə yer alıb.

Birinci yeri iQOO 15 Ultra tutub — 4 174 911 xal. İkinci yerdə isə OnePlus 15T qərarlaşıb— 4 164 561 xal. Hər iki model Snapdragon 8 Elite Gen 5 çipi ilə təchiz olunub. Üçüncü yerdə istisna olaraq vivo X300 Pro yer alır — 4 081 260 xal. Bu model Dimensity 9500 prosessoru ilə işləyir.

Reytinqin davamı belədir:

  • realme GT8 Pro — 4 041 008
  • RedMagic 11 Pro+ — 4 028 118
  • iQOO 15 — 3 929 410
  • Honor Magic8 Pro — 3 847 437
  • Honor Magic8 — 3 820 462
  • Honor Win — 3 802 483
  • OnePlus 15 — 3 801 551

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,788ФанатыМне нравится
1,030ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -