spot_img
5 марта, 2026
spot_img
ДомойAI / MLOpenAI NATO şəbəkələrində AI texnologiyalarını tətbiq etməyə hazırlaşır

OpenAI NATO şəbəkələrində AI texnologiyalarını tətbiq etməyə hazırlaşır

OpenAI-nin süni intellekt texnologiyalarının NATO-nun “məxfi olmayan şəbəkələrində” tətbiqi imkanları nəzərdən keçirilir. Bu barədə mənbələr Reuters agentliyinə məlumat verib.

Müzakirələr şirkətin Pentagon ilə razılaşma əldə etməsindən cəmi bir neçə gün sonra gündəmə gəlib.

OpenAI rəhbəri Sam Altman daxili görüş zamanı NATO-nun bütün təsnifləşdirilmiş şəbəkələrində işləmək planlarından danışıb. Lakin daha sonra şirkət nümayəndəsi açıqlamaya düzəliş edərək bildirib ki, söhbət yalnız “məxfi olmayan şəbəkələrdən” gedir.

Hazırda NATO məsələ ilə bağlı rəsmi şərh verməyib.

Ekspertlər hesab edir ki, bu mümkün əməkdaşlıq OpenAI-nin texnologiyalarının Pentaqonun təsnifləşdirilmiş şəbəkəsində tətbiqindən sonra atılan növbəti strateji addım ola bilər. Həmin proses Donald Trump-ın rəqib şirkət Anthropic ilə əməkdaşlığın dayandırılması barədə fərmanından sonra sürətlənmişdi.

Əgər razılaşma reallaşarsa, bu, süni intellekt texnologiyalarının hərbi və geosiyasi infrastruktura inteqrasiyasında yeni mərhələnin başlanğıcı ola bilər. OpenAI artıq yalnız kommersiya və istehlak bazarına deyil, qlobal təhlükəsizlik arxitekturasına da daxil olur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,805ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -