YouTube Music tətbiqində (iOS və Android) yeni “musiqili” funksiya istifadəyə verilib. Artıq istifadəçilər ifaçıya, janra və ya əhval-ruhiyyəyə uyğun pleylist tərtib etməyi süni intellektə həvalə edə bilərlər — uzun-uzadı mahnı axtarmağa ehtiyac qalmır.
Yenilik yalnız Premium abunəsi olan istifadəçilər üçün aktivdir. Fərdi pleylist yaratmaq üçün “Kitabxana” bölməsinə keçmək, “+” ikonuna toxunmaq və AI Playlist menyusunu seçmək kifayətdir.
Daha sonra sadəcə istiqamətləndirici bir ifadə yazmaq lazımdır — məsələn: “indie-pop”, “90-cı illərin klassik hitləri” və “parti üçün proqressiv haus miksi”.
Bu promta əsasən süni intellekt mövzuya uyğun treklərdən ibarət seçim hazırlayır və sanki şəxsi didjeyiniz kimi işləyir.
Qeyd edək ki, oxşar funksiyanı daha əvvəl Spotify, Deezer və Amazon Music də təqdim etmişdi.





