spot_img
25 февраля, 2026
spot_img
ДомойSoftwareМобильные приложенияiPhone və Android arasında təhlükəsiz yazışma sistemi sınaqdan keçirilir

iPhone və Android arasında təhlükəsiz yazışma sistemi sınaqdan keçirilir

AppleGoogle istifadəçilərin uzun müddətdir gözlədiyi yeniliyin testlərinə start verib. Şirkətlər iPhone və Android smartfonları arasında RCS protokolu üzərindən tam şifrələnmiş mesajlaşmanı sınaqdan keçirməyə başlayıblar. Bu yenilik fərqli platformalar arasında yazışmaları daha təhlükəsiz edəcək.

RCS dəstəyi iPhone modellərində artıq iOS 18 ilə istifadəyə verilmişdi, lakin Android və iPhone istifadəçiləri arasında yazışmalarda «end-to-end» şifrələmə mövcud deyildi. Yeni test funksiyası sayəsində isə mesajlaşma təhlükəsizlik baxımından artıq iki Android cihazı arasındakı səviyyəyə çatacaq. Şifrələnmiş mesajları dialoqda görünən kiçik kilid işarəsi vasitəsilə tanımaq mümkün olacaq.

Test proqramına qoşulmaq üçün iPhone istifadəçiləri iOS 26.4.2 beta versiyasını, Android istifadəçiləri isə Google Messages tətbiqinin beta versiyasını quraşdırmalıdır. iOS-da funksiyanı aktivləşdirmək üçün “Ayarlar” — “Mesajlar” — “RCS Messaging” — “end-to-end şifrələmə (beta)” bölməsini yoxlamaq tələb olunur.

Funksiyanın stabil versiyasının iOS-un növbəti yeniləmələrindən birində bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir. Yeni addım Apple və Google ekosistemləri arasında uzun illərdir mövcud olan mesajlaşma fərqlərini aradan qaldırmağa doğru atılan mühüm addım kimi qiymətləndirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,815ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -