Rəsmi təqdimata cəmi bir həftə qalmış Google Pixel 10a Avropadakı onlayn pərakəndə satış saytlarında peyda olub. Mağazalar gələcək yeniliyin yaddaş versiyaları üzrə qiymətlərini və bəzi texniki xüsusiyyətlərini vaxtından əvvəl açıqlayıblar.
İtaliyanın Epto və Norveçin Computersalg mağazalarının məlumatına görə, smartfon 120 Hz yenilənmə tezliyinə və HDR dəstəyinə malik OLED ekranla təchiz olunacaq. Məhsul səhifələrində həmçinin Titan M2 təhlükəsizlik çipi, optik stabilizasiyalı kamera, eləcə də naqilsiz şarj yığma funksiyası olan və 1000 şarj dövrünə qədər davamlı batareya qeyd olunur.
Açıqlanan qiymətlər belədir:
Epto:
-
128 GB — 626 avro
-
256 GB — 740 avro
Computersalg:
-
128 GB — 660 avro
-
256 GB — 778 avro
Daha əvvəlki insaydlara əsasən, Pixel 10a 6,3 düymlük ekran, 48 MP əsas kamera və ehtimal ki, Google Tensor G4 prosessoru ilə təchiz ediləcək.






