Apple yaxın gələcəkdə süni intellekt imkanlarına malik bir neçə yeni cihaz təqdim etməyə hazırlaşır. Bloomberg—in məlumatına görə, şirkət paralel şəkildə üç fərqli məhsul üzərində işi sürətləndirib: yüngül ağıllı eynəklər, geyilə bilən AI-qadjet və kameralı yeni nəsil AirPods qulaqlıqları.
Mənbənin bildirdiyinə görə, Apple-ın ağıllı eynəkləri Apple Vision Pro kimi qarışıq reallıq qurğusu olmayacaq və gündəlik istifadə üçün nəzərdə tutulacaq. Aksessuarda ekran olmayacaq, lakin daxili dinamiklər, mikrofonlar və iki kamera yerləşdiriləcək — biri foto və video çəkilişi, digəri isə kompüter funksiyaları üçün.
Belə konfiqurasiya cihazın Visual Intelligence platforması vasitəsilə iPhone ilə sıx inteqrasiyada işləməsinə imkan verəcək. Gözlənilən imkanlar arasında Apple Maps-də daha dəqiq naviqasiya, “Xatırlatmalar” tətbiqi ilə inteqrasiya və istifadəçinin gördüyü hadisələri real vaxtda anlayan AI köməkçisi yer alır.
Bloomberg jurnalisti Mark Qurman bildirib ki, yeni versiyalarda bütün komponentlər birbaşa eynəyin çərçivəsinə yerləşdirilib. Dizaynda premium materiallardan, o cümlədən akril elementlərdən istifadə olunur və şirkət artıq müxtəlif stil variantlarını da müzakirə edir.
Bundan əlavə, Apple Humane AI Pin konsepsiyasını xatırladan geyilə bilən AI cihazı üzərində də işləyir. Bu qadcet iPhone-un “gözləri və qulaqları” kimi fəaliyyət göstərərək istifadəçiyə smartfonu cibdən çıxarmadan süni intellekt funksiyalarından yararlanmağa imkan verə bilər. İddialara görə, layihə ləğv edilməzsə, cihaz 2026-cı ilin martında təqdim oluna bilər.
Kameralarla təchiz ediləcək yeni AirPods modeli barədə isə hələlik əlavə məlumatlar yoxdur. Gözləntilərə əsasən, həmin qulaqlıqlar bu il ərzində təqdim edilə bilər.





