Texnologiya nəhəngi Xiaomi 2026-cı ildə böyük bir yenidənqurma prosesinə start verir. Şirkət yalnız Çində 1000-dən çox rəsmi mağazanı bağlamağa hazırlaşır. Bu, şirkətin son illərin ən sərt optimizasiya qərarlarından biri hesab olunur.
Şirkət daxilində yayılan məktuba görə, 2025-ci il yanvarın 1-dək açılmış bütün mağazalar xüsusi auditdən keçəcək. Qiymətləndirmə nəticəsində səmərəsiz və zərər gətirən nöqtələr mərhələli şəkildə fəaliyyətini dayandıracaq. Xiaomi bu bağlanma prosesi üçün təxminən 3,8 milyon dollar ayırıb.
Hədəf — zərərləri azaltmaq və iş prosesini sabitləşdirmək
Xiaomi-nin əsas məqsədi — dilerlərin xərclərini azaltmaq və ümumi biznes modelini daha stabil hala gətirməkdir. Şirkətin hesablamasına görə, bu qədər genişmiqyaslı yenidənqurma 10 milyon dollara qədər zərərin qarşısını almağa imkan verəcək.
1 yanvardan sonra fəaliyyətini davam etdirmək istəyən dilerləri mühüm dəyişiklik gözləyir.
Bundan sonra:
-
mağaza menecerlərini Xiaomi təyin etməyəcək,
-
şirkət artıq kadr seçimi və idarəetməyə qarışmayacaq,
-
bütün operasion risklər tam şəkildə tərəfdaşların öz üzərinə keçəcək.
Bu addım Xiaomi-nin pərakəndə satış modelini tamamilə yenidən qurduğunu göstərir — şirkət daxili resurslarını daha gəlirli istiqamətlərə yönəltməyə çalışır.





