spot_img
26 декабря, 2025
spot_img
ДомойТехнологииГаджетыPerisphere qulaqlıqları VR-eynəklərə çevrilə bilir

Perisphere qulaqlıqları VR-eynəklərə çevrilə bilir

Cənubi Koreyanın Geeks Loft startapı qeyri-adi bir cihaz nümayiş etdirib. İlk baxışdan bu, adi tamölçülü qulaqlıq təsiri bağışlayır, lakin onun baş hissəsində qatlanan ekran gizlədilib. Perisphere adlı layihə VR və AR qarnituralarının əsas problemini həll etməyə çalışır — onların çox iri və gözəçarpan olması.

Burada söhbət tam mənada virtual və ya artırılmış reallıqdan getmir. Perisphere-də iki ədəd 1080p displey istifadə olunur. Onların 1800 nit-ə qədər parlaqlığı və təxminən 53 dərəcə baxış bucağı var. İdeyaya görə, istifadəçi görüntünü sanki birbaşa qarşısında yerləşən iri bir ekran kimi qəbul etməlidir. Qurğu əsasən video izləməktətbiqlərlə işləmək üçün nəzərdə tutulub, lakin klassik VR/AR təcrübəsi təqdim etmir.Cihaz 5 MP-lik iki kamera ilə təchiz olunub və onların köməyi ilə üçölçülü video çəkilişi mümkündür. 2500 mA·saat tutumlu daxili batareya təxminən 3 saat video baxışını təmin edir.

Tərtibatçıların sözlərinə görə, Perisphere bir neçə ildir ki, inkişaf mərhələsindədir. Cihaz artıq gələn ayın əvvəlində CES 2026 sərgisində nümayiş etdiriləcək. Bununla paralel olaraq, kütləvi istehsala hazırlıq gedir və satışların 2026-cı ildə başlanması planlaşdırılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,832ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -