spot_img
23 декабря, 2025
spot_img
ДомойТехнологииГаджетыHuawei 10 illik yubiley münasibətilə WATCH smart-saatlarını təqdim edib

Huawei 10 illik yubiley münasibətilə WATCH smart-saatlarını təqdim edib

WATCH seriyasının 10 illik yubileyi münasibətilə Huawei şirkəti WATCH 10th Anniversary Edition adlı yeni modeli təqdim edib. Texniki baxımdan yenilik daha əvvəl təqdim olunan WATCH 5 modellərinə bənzəyir, lakin rəng dizaynı ilə onlardan fərqlənir.

Smart-saatlar iki ölçüdə təqdim olunur: 42 mm (polad korpus) və 46 mm (titan korpus). Qurğular 3000 nit pik parlaqlığa malik AMOLED ekran və EKQ, PPG və SpO2 sensorlarını bir blokda birləşdirən X-Tap adlı xüsusi sensorla təchiz edilib.

Hər iki versiyanın ekranı cızıqlara davamlı safir şüşə ilə qorunur. Komplektə daxil olan orijinal naxışlı qayış, eləcə də “zavod başlığı” yubileyə həsr olunmuş 10 rəqəmi formasında loqo ilə bəzədilib.

Aktiv ekran (AoD) rejimində smart-saatların batareya ömrü 4 günə, enerji qənaət rejimində isə 11 günə qədər çatır. Huawei həmçinin saatlara DeepSeek AI səsli köməkçi funksiyasını və eSIM dəstəyini əlavə edib.

HarmonyOS 6 əməliyyat sistemi 10 illik yubileyə həsr olunmuş xüsusi siferblatları, həmçinin sağlamlıq göstəricilərini və dinamik animasiyaları əks etdirən fərdiləşdirilmiş siferblatı özündə birləşdirir.

Huawei Watch 10th Anniversary Edition smart-saatları hazırda yalnız Çində təqdim olunub. Qlobal bazarda satışa çıxarılması və qiyməti ilə bağlı hələlik məlumat yoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,835ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -