spot_img
10 декабря, 2025
spot_img
ДомойAI / MLGoogle iddia edir ki, Gemini-də reklam olmayacaq — hələlik

Google iddia edir ki, Gemini-də reklam olmayacaq — hələlik

İnsayder mənbələrə görə, Google 2026-cı ildə Gemini platformasında reklamların yerləşdirilməsi ilə bağlı reklamçılarla aktiv danışıqlar aparır. Lakin şirkət bu iddiaları qəti şəkildə təkzib edir.

Google-un qlobal reklamlar üzrə vitse-prezidenti Den Teylorun sözlərinə görə, yayılan hesabat reallığı əks etdirmir və “məlumatsız, anonim mənbələrə əsaslanan yanlış iddialar”dan ibarətdir. O, vurğulayıb ki, Gemini-də hazırda reklam yoxdur və yaxın zamanda da bunun dəyişməsi planlaşdırılmır.

Maraqlıdır ki, Gemini-də reklamla bağlı söz-söhbətlər məhz rəqib platforma olan ChatGPT-nin bu ideyanı test etməyə başladığı dövrdə ortaya çıxıb. Üstəlik, yaxın vaxtlarda aşkar edilən proqram kodları ChatGPT-də reklamların tezliklə görünə biləcəyinə dair ciddi siqnallar verir.

Nəzərə alsaq ki, Google-un əsas gəlir mənbəyi məhz reklamlardır, uzunmüddətli perspektivdə reklamların Gemini-də də peyda olması ehtimalı tamamilə istisna olunmur. “İndi yox” cavabı gələcək üçün qapının açıq qalması kimi də şərh oluna bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,839ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -