Google Chrome komandasının inkişaf etdirdiyi yeni eksperimental brauzer — Disco — internetdə informasiya axtarışına tamamilə fərqli yanaşma təklif edir. Brauzerin əsasında Gemini 3 neyroşəbəkəsi ilə işləyən GenTabs konsepsiyası dayanır.
GenTabs istifadəçinin açıq pəncərələrini, chat tarixçəsini və cari tapşırığını analiz edir, daha sonra isə həmin tapşırığı yerinə yetirməyə ən uyğun interaktiv veb-tətbiq yaradır. Komandaları Gemini chat vasitəsilə adi insan dili ilə yazmaq kifayətdir.
Məsələn, GenTabs qidalanma planı və ya səyahət cədvəli hazırlamaqda kömək edə bilər — xəritə, maraqlı məkanlar, marşrut konstruktoru, mənbələrə keçidlər və açıq vərəqlərdən toplanan məlumatlarla dolu tam funksional mini-tətbiq quraraq.
Chrome komandasının rəhbəri Parisa Tabriz yeniliyi belə şərh edib:
«Mən Disco-nu universal brauzer hesab etmirəm. O, əlbəttə ki, saytları açır və onlarla işləyə bilir, amma onun əsas məqsədi – insanların sadəcə vərəqlərdən istifadə etməkdən hədsiz dərəcədə fərdiləşdirilmiş, məhz həmin an onlara lazım olan tətbiqləri yaratmağa keçdikdə nə baş verəcəyini göstərməkdir.»





