spot_img
19 декабря, 2025
spot_img
ДомойAI / MLGemini İİ ilə yaradılmış videoları aşkar edən daxili detektor əldə etdi

Gemini İİ ilə yaradılmış videoları aşkar edən daxili detektor əldə etdi

Google şirkəti Gemini-nin funksiyalar siyahısını genişləndirərək diqqətçəkən yeni alət təqdim edib. Artıq süni intellekt videonun insan tərəfindən çəkilib-çəkilmədiyini, yoxsa neyroşəbəkə vasitəsilə yaradıldığını müəyyən edə bilir.

Yoxlama prosesi olduqca sadədir: istifadəçi videonu Gemini tətbiqinə yükləyir və çat-botdan onun orijinallığını yoxlamağı xahiş edir. Faylın həcmi 100 MB-dan, müddəti isə 90 saniyədən artıq olmamalıdır.

Google bildirir ki, sistem videolarda gizli, gözlə görünməyən rəqəmsal İİ “izlərini” — SynthID-ni aşkar edir. Lakin hazırda mühüm bir məhdudiyyət var: Gemini yalnız Google-un öz alətləri ilə yaradılmış İİ-videolarını tanıya bilir. Eyni məhdudiyyət şirkətin süni intellektlə yaradılmış şəkillər üçün olan detektoruna da aiddir.

Əgər video süni intellekt tərəfindən hazırlanıbsa, Gemini bunu dəqiq şəkildə göstərir. Məsələn:
“Videonun 5–10-cu saniyələri arasında SynthID aşkarlandı. Audio hissədə SynthID müəyyən edilmədi.”

Bu funksiya deepfake-lərin və saxta videoların artdığı dövrdə xüsusilə аktual görünür və Google-un rəqəmsal məzmunun etibarlılığını artırmaq istiqamətində atdığı vacib addım kimi qiymətləndirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,835ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -