spot_img
15 декабря, 2025
spot_img
ДомойТехнологииHardwareApple Watch üçün yeniləmə yayımlandı: yuxu qiymətləndirməsi daha dəqiq, təhlükəsizlik isə daha...

Apple Watch üçün yeniləmə yayımlandı: yuxu qiymətləndirməsi daha dəqiq, təhlükəsizlik isə daha ağıllı oldu

Apple şirkəti, Apple Watch üçün watchOS 26.2 yeniləməsini təqdim edib. Bu dəfə əsas diqqət iki vacib mövzuya yönəlib: yuxu keyfiyyətinin daha aydın qiymətləndirilməsiistifadəçi təhlükəsizliyinin gücləndirilməsi.

Yenilənmədən sonra cihaz səhər istifadəçiyə göstərdiyi yuxu nəticələrini beş fərqli kateqoriya üzrə təqdim edir. Yeni bal sistemi belə işləyir:

  • Çox aşağı: 0–40 bal

  • Aşağı: 41–60 bal

  • Normal: 61–80 bal

  • Yüksək: 81–95 bal

  • Çox yüksək: 96–100 bal

Bu yanaşma istifadəçilərə gecə istirahətinin nə dərəcədə “keyfiyyətli” olduğunu daha asan və vizual şəkildə anlamağa kömək edəcək. Artıq sadəcə “az yatmısan” yox, nə qədər bərpa olunduğunu da görmək mümkün olacaq.

İkinci böyük yenilik isə “Genişləndirilmiş təhlükəsizlik bildirişləri” adlanır. Apple Watch indi təbii fəlakətlər, daşqınlar və digər fövqəladə hallar yaxınlaşdıqda istifadəçini əvvəlcədən xəbərdar edə bilir. Bildirişlər risk zonasının xəritəsini və təhlükəsizlik üzrə faydalı təlimatlara keçidləri də əhatə edir. Hələlik bu funksiya yalnız ABŞ-da aktivdir.

Bundan əlavə, yeniləmə sistemdə mövcud olan bir sıra xırda xətaları da aradan qaldırır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,837ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -