Apple, App Store Awards 2025 qaliblərini elan etdikdən sonra, bu dəfə ilin ən çox yüklənən iPhone tətbiqləri və oyunlarının siyahısını paylaşdı. Bu reytinq tənqidçilərin qiymətləndirməsinə yox, sırf istifadəçilərin real seçiminə əsaslanır və “xalq populyarlığını” əks etdirir.
2025-ci ilin iPhone istifadəçiləri arasında ƏN ÇOX YÜKLƏNƏN PULSUZ tətbiqlərin lideri ChatGPT olub. Onun ardınca Threads, Google, TikTok, WhatsApp, Instagram, YouTube, Google Maps, Gmail və Google Gemini qərarlaşıb. Siyahıdan göründüyü kimi, istifadəçilər əsasən sosial şəbəkələrə, mesajlaşma servislərinə və axtarış alətlərinə üstünlük veriblər.
ÖDƏNİŞLİ TƏTBİQLƏR arasında isə iş və yaradıcılıq yönümlü platformalar fərqlənib. İlk yeri HotSchedules alıb, ardınca Shadowrocket, Procreate Pocket, AnkiMobile Flashcards və Paprika Recipe Manager 3 gəlir. Ulduzları AR vasitəsilə müşahidə etməyə imkan verən SkyView və musiqi üzrə məşq üçün nəzərdə tutulmuş TonalEnergy Tuner də siyahıda yer alıb. Apple Watch ilə yuxu takibini avtomatlaşdıran AutoSleep, həmçinin diqqəti artırmağa kömək edən Forest də populyar ödənişli tətbiqlər arasındadır.
PULSUZ OYUNLAR reytinqində ən çox yüklənən layihə Block Blast! olub. Onun ardınca Fortnite, Roblox, Township, Pokémon TCG Pocket, Royal Kingdom, Clash Royale, Vita Mahjong, Whiteout Survival və Last War: Survival gəlir. Siyahı həm klassik hitlərin, həm də yeni trend oyunların güclü rəqabətini göstərir.
ÖDƏNİŞLİ OYUNLARda isə liderlik Minecraft: Dream it, Build it!-ə məxsusdur. Ən çox satılanlar arasında Balatro, Heads Up!, Plague Inc., Geometry Dash, Bloons TD 6, Stardew Valley, Papa’s Freezeria To Go!, Animal Crossing: Pocket Camp və Red’s First Flight da yer alıb. Bu oyunlar yaradıcılıq, strategiya və nostalji elementlərini birləşdirdiyi üçün geniş auditoriya tərəfindən seçilir.
Apple yaxın zamanda daha detallı statistik məlumatları da paylaşa bilər, amma artıq məlumdur ki, 2025-ci ildə istifadəçilər həm İİ alətlərinə, həm də klassik əyləncə oyunlarına böyük maraq göstəriblər.





