spot_img
19 ноября, 2025
spot_img
ДомойТехнологииСмартфоныРоботlaşdırılmış Honor Robot Phone smartfonu göstərildi

Роботlaşdırılmış Honor Robot Phone smartfonu göstərildi

Oktyabrda təqdim edilən Honor Robot Phone-un rəsmi debütü 2026-cı ildə MWC sərgisində gözlənilsə də, şirkət gözləmədən xüsusi smartfonunu Honor User Carnival tədbirində ilk dəfə canlı göstərib. Cihazın əsas özəlliyi – robotlaşdırılmış “qol” üzərində quraşdırılmış kamera – tədbirin əsas diqqət mərkəzi olub.

Smartfon bir neçə fərqli korpus variantında nümayiş etdirilib. Model: qara, qızılı rənglərdə, arxa paneli isə şüşə və ya süni dəri materiallarında təqdim olunub.

Robot Phone-un əsas fərqləndirici xüsusiyyəti — korpusun içində gizlənən, çıxarıla bilən asma kamera moduludur. Kamera balaca kardanik mexanizm üzərində yuxarı qalxır və bu sayədə müxtəlif bucaqlara çevrilə bilir. Honor-un sözlərinə görə, bu kamera bir sıra süni intellekt funksiyaları ilə təchiz olunacaq: obyektləri izləmək, kadrdakı hərəkətə cavab vermək və çəkiliş prosesini avtomatik idarə etmək kimi imkanlar təqdim ediləcək.

Şirkət daha əvvəl Robot Phone-un kommersiya versiyasını buraxmağı planlaşdırdığını açıqlamışdı, lakin hələlik texniki xüsusiyyətlər və satışa çıxma tarixi barədə məlumat verilməyib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,853ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -