Anthropic Opus 4.5 proqram təminatı inkişafı üzrə (SWE-bench Verified) bütün rəqiblərini geridə qoyub, səkkiz proqramlaşdırma dilindən yeddisində kod yazma testlərinin (SWE-bench Multilingual) ən yaxşı nəticəsini göstərib və agent kimi işləmə qabiliyyətini ölçən sınaqlarda da birinci olub.
İstehsalçılar modelin üstünlükləri arasında yaradıcı yanaşmanı, prompt-injeksiyalardan yaxşı qorunmanı, yüksək səmərəliliyi və düşünmə dərinliyini tənzimləyən yeni effort parametrini qeyd edirlər.
Claude Sonnet 4.5-lə müqayisədə Opus 4.5 eyni funksionallıq və eyni orta effort səviyyəsində 76% daha az token xərcləyir. Üstəlik, qiyməti də daha sərfəlidir: giriş/çıxış üçün hər milyon tokenə görə 5-25 dollar, rəqibdə isə bu göstərici 15-75 dollar təşkil edir.
Modeli sınaqdan keçirmək üçün onu Anthropic-in rəsmi tətbiqlərində və API vasitəsilə istifadə etmək mümkündür.







