spot_img
13 ноября, 2025
spot_img
ДомойSoftwareИгрыValve Steam platformasında Android oyunlarına dəstək elan etdi

Valve Steam platformasında Android oyunlarına dəstək elan etdi

Son təqdimatında Valve şirkəti bir neçə böyük yeniliyini göstərib: ev konsolu Steam Machine, VR eynəyi Steam Frame və yenilənmiş kontroller. Lakin ən gözlənilməz xəbər başqası olub — Steam artıq rəsmi şəkildə Android oyunlarını dəstəkləyəcək. Bu, o deməkdir ki, platformanın kitabxanası minlərlə mobil oyunla, o cümlədən əvvəl yalnız Meta Quest kimi cihazlarda mövcud olan eksklüziv taitllarla genişlənəcək.

Yeni Steam Frame VR qurğusu Snapdragon 8 Gen 3 mobil prosessoru əsasında hazırlanıb. Bu sayədə sistem Android tətbiqlərini birbaşa — emulyator və ya Proton kimi ara qatlar olmadan — işə sala bilir. Ənənəvi olaraq Linux bazasında qurulan SteamOS, artıq ARM prosessoru vasitəsilə APK fayllarını yerli səviyyədə (nativ şəkildə) icra edir və yüksək performansı qoruyur. Valve qeyd edir ki, Android oyunlarının yaradıcıları üçün portlaşdırma prosesi çox asan olacaq — oyunları minimum dəyişikliklə və qısa zamanda Steam-ə gətirmək mümkün olacaq.

Şirkət xüsusi vurğulayıb ki, söhbət yalnız oyunlardan gedir, yəni Steam Google Play-in alternativi olmayacaq. Bununla belə, istifadəçilər APK fayllarını əllə yükləyə biləcəklər, yəni rəsmi kataloqdan kənar tətbiqləri də quraşdıra bilmək imkanı olacaq. Bu isə fani modların, mobil VR layihələrinin və digər VR eynəklərdə mövcud bəzi oyunlarla uyğunluğun qarşısını açır.

Valve ARM platformasında böyük potensial görür və gələcəkdə SteamOS əsaslı yeni cihazların — ultraportativ noutbuklardan tutmuş növbəti nəsil Steam Deck modellərinə qədər — istehsalını istisna etmir. Şirkətin mühəndisi Pyer-Lüp Qriffin bildirib ki, Valve artıq ARM texnologiyası ilə maraqlanan istehsalçılarla danışıqlar aparır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,855ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -