spot_img
4 ноября, 2025
spot_img
ДомойТехнологииHardwareNoetix Robotics smartfon qiymətinə insanabənzər robot təqdim etdi

Noetix Robotics smartfon qiymətinə insanabənzər robot təqdim etdi

Pekində yerləşən Noetix Robotics şirkəti əlçatan qiymətə sahib olan insanabənzər robotunu təqdim edib. Yeni model Bumi adlanır və ölçülərinə görə təxminən iki yaşlı uşaq boyundadır. Onun qiyməti isə cəmi 1400 dollar təşkil edir.

Təxminən 90 santimetr hündürlüyü və 12 kiloqram çəkisi olan Bumi, bahalı sənaye robotlarından fərqli olaraq, zavod və ya laboratoriya üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq, ilk nümayişlər göstərib ki, robot sabit şəkildə hərəkət edə bilir və musqi sədaları altında rəqs edir.

Bumi proqramlaşdırıla bilən interfeysə malik olacaq. Bu, istifadəçilərə onu sadə hərəkətlərə öyrətməyə və tədris məqsədləri ilə istifadə etməyə imkan verəcək. Beləliklə, robot robototexnika və proqramlaşdırma öyrənmək üçün praktik vasitə kimi çıxış edə bilər.

Qeyd edək ki, Noetix Robotics-in əvvəlki modeli N2, dünyada keçirilən ilk robot yarımarafonunda finişə çatan dörd qalibdən biri olmuşdu.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,863ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -