NETTY 2025 Milli İnternet Mükafatı artıq 200-dən çox layihəni bir araya gətirib. Müraciətlərin qəbulu 24 noyabr tarixinə qədər davam edir. Müraciət etmək və ətraflı məlumat almaq üçün saytdan əldə etmək olar: www.netty.az
Mükafat layihələri üç format üzrə qiymətləndirir: saytlar, mobil tətbiqlər və sosial şəbəkə səhifələri. Hər format və hər nominasiya üzrə ayrıca qalib müəyyən edilir. Qiymətləndirmə meyarları: ideya, məzmun və icradır.
2025-ci ildə mükafat yeddi istiqaməti əhatə edir:
- Elektron hökumət və rəqəmsallaşma
- Rəqəmsal iqtisadiyyat, biznes və startaplar
- İnnovasiyalar, kibertəhlükəsizlik və süni intellekt
- Elm, təhsil və rəqəmsal savadlılıq
- Media, mədəniyyət və kreativ content
- XXI əsrin həyat tərzi və turizm
- Cəmiyyət üçün texnologiyalar və inklüzivlik
Xüsusi xalq nominasiyası “Virtual münsiflərin seçimi” internet istifadəçilərinə öz favoritlərini seçmək imkanı verəcək.
Hazırda müraciətlərin təxminən 65%-i saytlar, qalanı isə mobil tətbiqlər və sosial şəbəkə səhifələridir. Ən çox iştirakçının olduğu istiqamət -“Rəqəmsal iqtisadiyyat, biznes və startaplar”dır.
Müraciətlərin qəbulu bağlandıqdan sonra Ekspert Şurası hər istiqamət üzrə saytlar, tətbiqlər və sosial şəbəkələr arasında üç namizəd seçəcək.
Virtual münsiflər heyəti isə nominasiya və istiqamətdən asılı olmayaraq bütün iştirakçılar arasından üç namizəd müəyyən edəcək.
Qalibləri final mərasimində NETTY Akademiyası elan edəcək. Bütün namizədlər mükafatlandırma mərasiminə dəvət olunacaqlar.
Namizədlər və laureatlar diplomlar, rəsmi mükafatlar, partnyorlardan hədiyyələr, həmçinin media və internet auditoriyasının diqqətini qazanacaqlar.
Mükafatın tərəfdaşları:
Baş tərəfdaş: NAR
Rəsmi tərəfdaş: AZINTELECOM
Tərəfdaşlar: AIM, SmartHost, Savalan, AliNino, Matrix Akademiyası, Online.az, Renley
İnformasiya tərəfdaşları: Report.az, Infocity.tech, Technote.az, Oxu.az, “Kaspi”, Baku.TV, Baku.ws, Media.az, Radio Enerji, Kazzımli Photography, Sapunov Online, ALR Media





