HUAWEI rəsmi olaraq yeni hibrid planşeti MatePad Edge-i təqdim edib və cihazın dizaynını əks etdirən tizer paylaşılıb. Eyni zamanda tanınmış insider Digital Chat Station bu cihaz haqqında bəzi texniki detalları açıqlayıb.
Tizerdən görünür ki, MatePad Edge həm planşet, həm də noutbuk rejimində işləyə biləcək. Mövcud məlumata görə, cihaz 14,2 düym ölçülü böyük OLED ekran ilə təchiz olunacaq. Insayder əlavə edir ki, planşet həmçinin 24 GB RAM və 1 TB daxili yaddaş ilə gələcək.
Cihazın əsasını HUAWEI-nin fərdi kompüterlər üçün nəzərdə tutulan Kirin prosessoru təşkil edəcək və aktiv soyutma sistemi ilə təchiz olunacaq. Eyni zamanda, sızdırılmış məlumatlarda ekranın əks etdirilməyə qarşı örtüklü Soft Light versiyası da qeyd olunur.
Planşet üçün 1,8 mm hərəkət məsafəli klaviatura, trackpad, 65 W gücündə şarj portu və planşet/noutbuk rejimləri arasında avtomatik keçidi tanıma funksiyası mövcud olacaq.
HUAWEI-nin bu planşet və digər yeni məhsullarının premyerası 25 noyabrda baş tutacaq.





