spot_img
12 ноября, 2025
spot_img
ДомойТехнологииСмартфоныCaviar saf qızıldan hazırlanmış məhdud sayda iPhone 17 kolleksiyasını təqdim etdi

Caviar saf qızıldan hazırlanmış məhdud sayda iPhone 17 kolleksiyasını təqdim etdi

Caviar şirkəti “Qızıl kolleksiya”sının yeni buraxılışını təqdim edib. Bu kolleksiyaya üç xüsusi dizaynlı iPhone 17 modeli daxil olub: Palmette, Gold Bitcoin və Solar. Adətə görə, qiymətlər də olduqca yüksəkdir — təxminən 50 000 – 65 000 ABŞ dolları arasında.

Palmette modeli 750 əyarlı saf qızıldan hazırlanıb və art-deko üslubunda palma yarpaqlarını xatırladan naxışla bəzədilib. Arxa panel boyunca və şirkət loqotipində yüzdən çox brilyant istifadə olunub.

Gold Bitcoin modeli adından da göründüyü kimi, ən məşhur rəqəmsal valyutaya Bitcoin-ə həsr olunub. Onun korpusu 750 əyarlı qızıl örtüklə hazırlanıb və Bitcoin loqotipi şəklində relyefli naxışla tamamlanıb.

Solar versiyası daha sadeliyi və parlaqlığı ilə seçilir. Arxa panel tamamilə hamar, Apple loqosu isə brilyantlarla bəzədilib. Loqotipin altında Caviar brendinin adı həkk olunub.

“Qızıl kolleksiya”nın bütün modelləri cəmi üç nüsxə ilə məhdud təqdim olunub.
Qiymətlər təxminən 52 000 ABŞ dollarından (iPhone 17 Pro Gold Bitcoin) başlayır və 67 000 dollara qədər (iPhone 17 Pro Max Palmette) çatır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,855ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -